Pakistanın Hərbi Hava Qüvvələrinin Komandanının ölkəmizə səfəri başlayıb FOTOLAR

Pakistanın Hərbi Hava Qüvvələrinin Komandanının ölkəmizə səfəri başlayıb FOTOLAR

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Bat Azərbaycana səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edib.

Sonra qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyası və Təlim Tədris Mərkəzinə gedib, orada yaradılan şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Qonaqlara hərbi təhsil müəssisələrinin tarixi haqqında məlumat verilib.

Aprelin 19-dək davam edəcək səfər proqramı çərçivəsində aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə