Bu gün Binəqədi və Nərimanov rayonlarında su olmayacaq vətəndaşların nəzərinə
Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni çəkilən 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu" ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB