Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Ekologiya" işçi qrupunun dəstəyi ilə "Yaşıl zəhmət" adlı ekoloji təlim keçirilib. SİA-nın məlumatına görə, təlimdə ekoloji problemlərin həllinə hər zaman maraq göstərildiyi bildirilib. Bu problemlərin qarşısını almaq üçün ilk öncə cəmiyyəti maarifləndirmək əsas prioritetdir. Təlimdə əsas məqsəd təbiətə qayğını artırmaq, insanların bitkilərə qulluq etməsinə daha çox maraq yaratmaqdır. Təlimi keçən mütəxəssis bitkilərə qulluğun daha düzgün yolların gənclərlə bölüşüb.
Qeyd edək ki, ekoloji kitabça çap olunub. Bu kitabçada müxtəlif bitki növləri və onlara qulluq etməyin yolları qeyd olunub. Kitabçalar təlim iştirakçılarına paylanılıb.
Qeyd edək ki, layihə sonunda iştirakçılara sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB