Hicran Hüseynova Goranboyda qəbul keçirib

Hicran Hüseynova Goranboyda qəbul keçirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Goranboy rayonunda Goranboy, Tərtər, Bərdə, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda bu rayonlardan olan 18 ailə öz problemləri ilə bağlı müraciət edib.

Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun yerində həll edilməsinə nail olub. Müraciətlər arasında qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər yer tutub.

Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə