“Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” müzakirə olunub FOTO

“Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” müzakirə olunub FOTO

Gəncədə Fövqaladə Hallar Nazirliyi (FHN) tərəfindən "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda seminar müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminarda nazirliyin rəsmiləri ilə yanaşı, bələdiyyələr, fermer təsərrüfatları, texniki nəzarət müfəttişliyi, meşələrin mühafizəsi və bərpası müəssisələri də iştirak edib.

Seminarda mövsümlə bağlı dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyinə əməl olunması tədbirləri izah edilib. Bildirilib ki, bu istiqamətdə nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına yerlərdə vəziyyətin öyrənilməsi, fermerlərlə iş birliyi daxildir. Ümumiyyətlə rəsmi statistikaya görə, ehtiyatsızlıq nəticəsində son bir ildə ölkə üzrə 35 ton dənli, 2702 ton yem, 666 ha əkin sahəsi yanaraq məhv olub. Rəqəmlər göstərir ki, təkcə yem məhsullarının yanması nəticəsində ölkənin kənd təsərrüfatına 739,texniki və paxlalı bitki əkilmiş sahələrin yanması ilə isə 231 min manat ziyan dəyib.

Seminarda həmçinin qarşıdakı aylarda meşə və meşə zolaqlarının qorunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, bu istiqamətdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qarşılıqlı əməkdaşlıq həyata keçirilir. Lakin yerlərdə də buna ayrıca diqqət yetirilməsi başlıca şərtlərdən biridir.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə