Taksi sürücülərinə qarşı reyd keçirilib FOTO

Taksi sürücülərinə qarşı reyd keçirilib FOTO

Gəncənin nəqliyyat sistemində, xüsusi ilə də sərnişindaşımadakı problemlər nəqliyyat müfəttişlərinin bu istiqamətdəki mübarizəsini daha da gücləndirib. SİA-nın xəbərinə görə, şəhərin mərkəzində aparılan yoxlamalara yol polisləri də cəlb olunub. Belə ki, onlar ciddi qayda pozuntusuna yol verən bir neçə sürücünün nəqliyyat vasitəsini cərimə meydançasına aparıb. Reydlər zamanı ictimai nəqliyyat vasitəsini idarə edən bəzi sürücülərin sükan arxasında telefonla danışdığı da aşkarlanıb. Maraqlı məqamlardan biri də bəzi sürücülərin tutulan iradlara və yazılan protokollara məhəl qoymaması olub.

Qeyd edək ki, ümumilikdə gün ərzində 10-a yaxın nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. 30 sürücüyə müvafiq protokollar tərtib olunub.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə