Yolun bir hissəsi açıldı, digəri isə bağlandı sürücülərin nəzərinə

Yolun bir hissəsi açıldı, digəri isə bağlandı sürücülərin nəzərinə

Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən " "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası"nın binasına qədər olan hissəsində asfalt örtüyünün yenilənməsi işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, hazırda "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası"nın binasının qarşısından İsgəndər Zülalov küçəsi ilə kəsişməyə qədər ("Kaktus" restoranının yanı) olan hissədə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə