Gül Bayramına hazırlıq işləri başlanılıb

Gül Bayramına hazırlıq işləri başlanılıb

Hər il mayın 10-da Azərbaycanda Gül Bayramı qeyd olunur. SİA-nın məlumatına görə, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən bayramda minlərlə gül sərgilənir, şəhər sakinlərinə güllərdən təşkil olunan kompozisiyalar nümayiş olunur. Bakı şəhərində əsasən Heydər Əliyev adına parkda təşkil olunan sərgidə müxtəlif ölkələrdən gətirilən yüzlərlə növ güldən istifadə edilir.

Artıq bu il keçiriləcək Gül Bayramına hazırlıq işləri başlanılıb. Ötən illərdən fərqli olaraq gül sərgisi bu il, həm də Qış parkında təşkil olunacaq. Hər iki parkda görülən hazırlıq işlərindən fotosessiyanı təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə