Sürücülərin nəzərinə Koroğlu metrosu istiqamətində hərəkət məhdudlaşdırılacaq
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərinin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya "Azəryolservis" ASC-dən məlumat verilib.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti- əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB