Bakı metrosunda həyəcan yaşanıb

Bakı metrosunda həyəcan yaşanıb

Bu gün Bakı Metropolitenin "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda ləngimə olub. Bakı Metropolitenindən SİA-ya verilən xəbərə görə, hadisə səhər saat 11:00 radələrində baş verib. "Əhmədli" stansiyasından "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatar 7 dəqiqə tuneldə qalıb. Buna səbəb isə qatarda olan nasazlıq olub.

7 dəqiqə tuneldə qalan qatar "Əhmədli" stansiyasına gətirilib və sərnişinlər qatardan endirilib. Qatar təmirə göndərilib.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur. Qatarlar qrafik üzrə hərəkətini bərpa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə