İranda üç azərbaycanlı fəal azadlığa buraxılıb. SİA –nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani (Yekanlı) təxminən 6 aylıq həbs həyatından sonra aprelin 15-də ailələrinin qoyduğu mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azad ediliblər.
H. Əliməhəmmədi 200, T. Kermani və R. Rəzəvi isə 300 milyon tümənlə azadlıqlarına qovuşublar.
Qeyd edək ki, R. Rəzəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 2013-cü il dekabrın 4-də səhər saatlarında evində həbs edilib. H. Əliməhəmmədi və T.Kirmani isə ETTELAAT əməkdaşları tərəfindən 2013-cü il noyabrın 4-də həbs ediliblər. Hər üç azərbaycanlı fəalın evində axtarış aparılıb, onlara məxsus əşyalar götürülüb. Hər üç azərbaycanlı "Traktor" futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və dini müqəddəsləri təhqir etməkdə günahlandırılırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB