Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mirhaşım Talışlı və Etibar Əhədovun birgə qələmə aldıqları "Lənkəran: ensiklopedik məlumat" kitabı çapdan çıxıbSİA-nın Cənub bürosunun verdiyi məlumata görə, kitabda Lənkəranın tarixi, coğrafiyası, toponimikası, tanınmış şəxsiyyətləri, elm və sənət adamları, dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban getmiş şəhidlər, qəhrəmanlar, rayonun yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatları, elm, təhsil müəssisələri və s. haqqında məlumatlar öz əksini tapıb. Kitabın müəlliflərindən biri tanınmış publisist Etibar Əhədov bildirib ki, 10 ilə yaxın müddətdə kitab üzərində iş aparılıb, kitabxanalara, muzeylərə, tarixi yerlərə baş çəkilib, çoxaylı insanlarla söhbətlər aparılıb. "Lənkəran: ensiklopedik məlumat" kitabı üçün hazırlanmış sözlük layihələri tanışlıq üçün əvvəlcədən ayrı-ayrı təşkilatlara, icra nümayəndəliklərinə, ali məktəb və elmi idarələrə, mütəxəssislərə göndərilməklə onların təklif və rəyləri nəzərə alınıb. Ensiklopediyada məqalələr (terminlər) əlifba sırası ilə düzülüb, diqqəti cəlb etmək üçün ayrı-ayrı başlıqlar böyük hərflərlə yığılıb.
Qeyd edək ki, kitabda 1700-dən çox məqalə-termin, 828 şəkil verilib, 196 elmi ədəbiyyatdan, 200-dən çox qəzet materialından istifadə edilib.
Kitab hazırlanarkən Azərbaycan, rus, sovet və ümumdünya ensiklopediyalarının təcrübəsindən istifadə edilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB