İshaq Cahangiri: “Azərbaycan və İran arasında əməkdaşlıq gözlənilən qədər deyil”
"İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını istəyir və bu ölkə ilə hərbi əməkdaşlığı genişləndirmək üçün heç bir məhdudiyyət yoxdur". SİA-nın xəbərinə görə, bu sözləri İran Prezidentinin birinci müavini İshaq Cahangiri bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşündə deyib.
Onun sözlərinə görə, İran öz xarici siyasətində qonşu ölkələrlə əlaqələrini inkişaf etdirməyə çox önəm verir: "İran qonşu ölkələr arasında Azərbaycanın özünəməxsus yeri var. Azərbaycan və İran arasında iqtisadi sahədə əməkdaşlığın səviyyəsi gözlənilən qədər deyil. Tehran və Bakı arasında ticarət əlaqələrini genişləndirmək üçün mövcud potensialdan tam istifadə olunmalı, maneələr araşdırılmalı və ciddi addımlar atılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB