Dənli bitkilərin emalı zamanı yanğın hadisələrindən qorunmağa dair tədbir keçirilib FOTOLAR

Dənli bitkilərin emalı zamanı yanğın hadisələrindən qorunmağa dair tədbir keçirilib FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti rayonlarda dənli və texniki bitkilərinin emalı zamanı yanğın hadisələrin qarşısının alınması üçün tədbir keçirib. Xidmətdən SİA-ya verilən məlumata görə, qurum dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə ilk tədbir "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında baş tutub.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilmiş, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialında Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təşkil olunmuş yanğın texniki sərgi maraqla qarşılanmış, kənd təsərrüfatı işçilərinin dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydaları haqqında bilgilərini artırıb.

Tədbirdə" Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Göygöl aqroservis filialının işçilərinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakatlar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə