ABŞ səfiri məcburi köçkünlərlə görüşdü FOTO

ABŞ səfiri məcburi köçkünlərlə görüşdü FOTO

Gəncəyə səfəri çərçivəsində ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar məcburi köçkünlər üçün yeni salınan şəhərcikdə olub. Səfir əvvəlcə şəhərcikdə inşa olunan mədəniyyət mərkəzinə baş çəkib. Burada Kəlbəcərli mədəniyyət işçilərinin ifasında milli musiqilərimizi dinləyib. R. Morninqstar şəhərciklə tanışlıq zamanı 11 saylı tam orta məktəbdə də olub. 1200 yerlik təhsil ocağının imkanları ilə maraqlanıb. Sinif otağının birində dərsin gedişini izləyib.

"Mən qaçqınların yaşayış səviyyəsi və onlar üçün salınan yeni şəhərciklə tanış oldum. Burada şərait ürək açandır. Xüsusilə məktəb çox xoşuma gəldi. Qeyd edim ki, məktəb ABŞ da olan təhsil ocaqlarından heç də geri qalmır. Ümumilikdə qəsəbədə gördüklərim məndə xoş təəssürat yaratdı"- deyə, səfir bildirib.

Qeyd edək ki, ABŞ səfirinin Gəncəyə səfəri davam edir.

İlham Məmmədzadə, Gəncə

Bütün xəbərlər Facebook səhifəmizdə