Riçard Morninqstar:“Qarabağ münaqişəsi həllini tapmalıdır ki, qonşu dövlət vəziyyətdən faydalana bilməsin”
"Qarabağ münaqişəsi tez bir zamanda həllini tapmalıdır ki, heç bir qonşu dövlət müxtəlif bəhanələrlə vəziyyətdən faydalana bilməsin". SİA-nın verdiyi məlumata görə, bu sözləri Gəncəyə səfəri çərçivəsində ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar bildirib.
Onun sözlərinə görə, ABŞ Minsk qrupu çərçivəsində bu problemin nizamlanması üçün əlindən gələni edəcək: "Münaqişənin həll edilməsində Rusiyanın da rolu vacibdir. Biz danışıqlar prosesinin irəliləməsi üçün müxtəlif təkliflər veririk. Ancaq təbii ki, bu məsələnin nəticə verməsi üçün siyasi iradə tələb olunur. Hər iki ölkə prezidenti bir araya gələrək münaqişənin birdəfəlik həll edilməsi üçün razılığa gəlməlidirlər. Bu məsələdə Rusiyanın əməkdaşlıq etməsi də tələb edilir. Ukraynada baş verən hadisələr Qarabağ münaqişəsinin nizamlanmasını daha da əhəmiyyətli edir. Biz Rusiyanın addımlarını izləyirik".
İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB