“Sosial xidmət sahəsində könüllü fəaliyyət təşviqi”

“Sosial xidmət sahəsində könüllü fəaliyyət təşviqi”

"Virtual Qarabağ" mərkəzində Azərbaycan Respublası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqlarının (ATGTİ) təşkilati dəstəyi ilə "Sosial xidmət sahəsində könüllü fəaliyyətin təşviqi" adlı fərdi layihə həyata keçirilib. SİA-nın məlumatına görə, Milli Məclis tərəfindən qəbul olunan və ölkə Prezidenti tərəfindən 30 dekabr 2011-ci il tarixində imzalanan və 15 mart 2012-ci il tarixindən qüvvəyə minən "Sosial Xidmət Haqqında" Azərbaycan Respublikası Qanunu bütövlükdə çətin həyat şəraitində yaşayan insanların sosial müdafiəsi və onlara xidmətin əsas prinsiplərini müəyyən edir.

Bu məqsədlə həyata keçirilən "Sosial xidmət sahəsində könüllü fəaliyyətin təşviqi" layihəsinin məqsədi gəncləri bu işdə daha çox fəallıq göstərərək, həyat səviyyəsi aşağı olan şəxslərə köməklik göstərmələrini təbliğ etməkdir.

Layihə çərçivəsində baş tutan təlimlərdə tələbələrə sosial xidmət sahələrində fəaliyyət və bu mərkəzlərdə necə töhfə vermək öyrədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə