Penitensiar xidmətin əməkdaşları Fransada görüşə qatılıblar

Penitensiar xidmətin əməkdaşları Fransada görüşə qatılıblar

Fransanın Strasburq şəhərində "Həbsxana rəhbərliyi tərəfindən ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumlarla davranış" mövzusunda çoxtərəfli görüş keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndə heyətini Penitensiar xidmətin rəis müavini Nizaməddin Cəlilov və 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli İbrahimov təmsil edib.

Toplantıda ömürlük və uzun müddətə azadlıqdan məhrum edilən məhkumların vəziyyətinin monitorinqi üzrə İşgəncələr əleyhinə Avropa Komitəsinin rolu, ömürlük və uzun müddətə azadlıqdan məhrum edilən məhkumların cəzalarını çəkməsi qaydalarına münasibətdə Avropa standartları və digər mövzularda çıxışlar edilib. Görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünasının məruzəsi dinlənilib və bütün mövzular ətrafında geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə