“İslam-ensiklopedik lüğət”i AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

“İslam-ensiklopedik lüğət”i AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun hazırladığı "İslam -ensiklopedik lüğət" kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib. SİA-nın xəbərinə görə, professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda respublikamızın müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında doğru və düzgün məlumatlar öz əksini tapıb.

Lüğət, "İslam. Ensiklopediçeskiy slovar" Moskva, "Nauka", QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları, din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.

Kitab dünşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə