Sabah 25 dərəcə isti olacaq PROQNOZ

Sabah 25 dərəcə isti olacaq PROQNOZ

"Aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gürşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah paytaxtda və yarımadada mülayim cənub şərq küləyi əsəcək: "Havanın temperaturunun gecə 7-10, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir".

Şöbə müdiri bildirib ki, aprelin 16-da Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək: "Lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 7-12, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir".

Yaxın 3 gün ərzində temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə