Azərbaycanda rəsmi orqanlar tərəfindən qeydə alınan nikahların sayı artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində rəsmi orqanlar tərəfindən 11,3 min nikah və 1,9 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafıq dövrü ilə müqayisədə nikahların sayı 6,9-dan 7,5-ə kimi artıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.
Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 533 nəfər gələn və 129 nəfər ölkədən gedən qeydə alınıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB