Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi ilə görüşüb.

SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, görüş zamanı regionda təhlükəsizlik və sabitlik məsələləri, eləcə də ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İrana səfəri ötən gündən başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə