Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq xidmətinin Gəncə şəhər Baytarlıq İdarəsi heyvanlar arasında dabaq xəstəliyinin yayılma təhlükəsinin qarşısını almaq məqsədi ilə peyvəndləmə işi aparır. SİA-nın xəbərinə görə, aprelin əvvəlindən başlanan peyvəndləmə zamanı Gəncədə fərdi təsərrüfatlarda saxlanılan 3300 baş xırda və 2600 baş iribuynuzlu heyvanların yarıdan çoxu peyvəndlənib.
Qeyd edək ki, dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərini Gəncə şəhər Baytarlıq İdarəsinin 6 baytar həkimi həyata keçirir.


İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB