Azərbaycan Milli Elmlər Akademiyası akad.Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyi münasibətilə institutda çalışan gənc (yaşı 40 qədər olan) doktorant, disertant və magistrlər arasında "Ən yaxşı elmi məruzə" müsabiqəsi elan edib. İnstitutdan SİA-ya verilən xəbərə görə, məruzə onların həm özlərinin elmi-tədqiqat mövzularına, həm də çalışdıqları laboratoriyanın illik fəaliyyət planına daxil olan ən aktual problemlərə həsr edilə bilər.
Namizədlərin hazırladıqları tezis, məqalə və təqdimat Aşqarlar Kimyası İnstitutu Müsabiqə üzrə Ekspertlər Şurası tərəfindən qiymətləndiriləcək, müvafiq olaraq I, II, III yerlərin qaliblərinə diplom və pul mükafatı veriləcək, məqalələri isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təsis etdiyi jurnalda dərc ediləcək.
Müsabiqəyə qatılmaq istəyən doktorant, disertant və magistrlər öz hazırladıqları məqalə və təqdimatların elektron formasını 10 may 2014-cü il tarixinə qədər AKİ Gənc Alim və Mütəxəssislər Şurasına (otaq 115) təqdim etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB