“El Cronista” qəzeti Heydər Əliyev Mərkəzi haqqında məqalə dərc edib
Argentinada nəşr edilən "El Cronista" qəzetində Heydər Əliyev Mərkəzi haqqında "Zaha Hadid imzası ilə sənət əsəri" sərlövhəli məqalə dərc olunub.
Müəllifi Liz Valotta olan məqalədə Azərbaycanın müasirləşməsi və ölkənin infrastrukturunun inkişafına sərmayələr yatırıldığı bildirilib. Bu xüsusda Heydər Əliyev Mərkəzi dizayn və funksionallıq baxımından paytaxt Bakının yeni simvolu və şəhərin yenidənqurma prosesinin başlanğıc nöqtəsi, habelə dünya şöhrətli memarı olan Zaha Hadidin qabaqcıl dizayn üslubunun təkrarolunmaz bir parçası kimi dəyərləndirilib.
Heydər Əliyev Mərkəzini tarixi islam memarlığının müasir şərhi kimi qiymətləndirən və dizayn həvəskarlarının gözünü oxşadığını vurğulayan müəllif, binanın tikinti üslubu və memarlıq xüsusiyyətlərindən, habelə daxili ilə xarici arasında davamlı və axıcı həmahənglikdən danışıb.
Məqalənin çap versiyasında Heydər Əliyev Mərkəzinin müxtəlif rakurslardan fotoları da verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB