MQF Kürdəmirdə su təmizləyici qurğu yerləşdirib FOTOLAR

MQF Kürdəmirdə su təmizləyici qurğu yerləşdirib FOTOLAR

Azərbaycan Milli QHT Forumu Japon İnternational Tabacco (JTI) şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir rayonunun Qarasaqqal kəndində su təmizləyici qurğu yerləşdirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, MQF İcraçı direktoru və layihə rəhbəri Günel İbrahim, JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərləri və Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elxan Qafarov və İH nümayəndələri açılış mərasimində iştirak ediblər. MQF-nin prezidenti Rauf Zeyni dövlətin bu sahədə həyata keçirdiyi layihələri vurğulayaraq vətəndaş cəmiyyətinin və Kommersiya təşkilatlarının birgə əməkdaşlığının ölkə inkişafına göstərdiyi önəmi vurğulayıb. O qeyd edib ki, belə layihələrdə dövlət qurumlarının dəstəyi də çox önəmlidir.

Əhalinin içməli su ilə təmin edilməsi kimi layihələri öz korporativ xeyriyyə proqramına daxil edən JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Namik Quliyev şirkətin gələcəkdə də belə layihələrə dəstək olacağını vurğulayıb.

Qeyd edək ki, 2000-ə yaxın əhalisi olan kənd texniki su standartlarına belə uyğun olmayan arx suyundan istifadə edirdilər. Kəndin mərkəzində yerləşdirilmiş qurğu kanal suyunu bir neçə təbii, ekoloji, təmiz texnologiyadan keçirərək içməli su halına gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə