Millət vəkili Qənirə Paşayeva Strasburqda Dünya Axısxa Türkləri birliyinin sədr müavini Burhan Özkoşar və onun rəhbərliyi altında AŞPA-ya gəlmiş nümayəndə heyətinin üzvləri görüşüb. SİA-nın xəbərinə görə, Axısxa türklərinin bizim qardaşlarımız olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman onlara qucaq açaraq əlindən gələn dəstəyi göstərdiyini deyib. Onlar da hər zaman Azərbaycana da bir vətən kimi yanaşıblar və Qarabağ müharibəsində şəhid olan axısxa türkü qardaşlarımız da var, deyən millət vəkili Qənirə Paşayeva onların doğma yurda dönüşü üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib.
Azərbaycanın hər zaman ahıska türklərinə dəstək olduğunu deyən Dünya Axısxa Türkləri birliyinin sədr müavini Burhan Özkoşar ən ağır anlarda Azərbaycanın ahıska türklərinə sığınacaq verdiyini və hər zaman dəstək göstərdiyini deyərək axısxa türklərinin bunu hər zaman şükranlıqla vurğuladıqlarını bildirib. Görüşdə ahıska türklərinin vətənə qayıtması məsələsinə AŞPA səviyyəsində bəslənən münasibət, prosesin gedişi, dost və qardaş respublikalardan axısxa türklərinin gözlədikləri dəstək ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB