"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, səhər və axşam bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, aprelin 15-də paytaxtda və yarımadada havanın temperaturu gecə 7-12 gündüz 18-23 dərəcə isti olacaq: "Ölkənin rayonlarında hava şəraitinin yağmursuz olacağı, lakin səhər və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı, şişmək çaxacağı etimalı var. Səhər ayrı-yarı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq".
Qeyd edək ki, yaxın 3 gün ərzində mülayim yaz havası və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi normal meteohəssas üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB