Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqlarının (ATGTİ) təşkilati dəstəyi ilə "Qurtuluşumuzu əbədiləşdirək" layihəsi baş tutub. SİA-nın məlumatına görə, hal-hazırda Azərbaycan Respublikası vətəndaşları 1997-ci ildən bu günə kimi 15 İyun tarixini "Milli Qurtuluş" günü kimi qeyd edir. Məhz həmin gün, 1993-cü il 15 iyun tarixində Ümumilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə "Milli Qurtuluş" günü kimi daxil oldu.
"Qurtuluşumuzu əbədiləşdirək " layihəsi məhz bu unudulmaz tarixdən hazırkı dövrə qədər olan dövrü və Ümumilli liderimiz Heydər Əliyevin fəaliyyət dövrünü gənclərin təsəvvüründə və fəaliyyətində əbədiləşdirmək məqsədi daşıyır.
Layihə çərçivəsində Ulu Öndər Heydər Əliyevin siyasi irsi, onun həyatı və fəaliyyəti barəsində kitabça hazırlanıb. Kitabçada həmçinin də Ümumilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotolar da yer alıb.
Layihə çərçivəsində hazırlanmış kitabçalar ictimai yerlərdə, müxtəlif təhsil müəssisələrində paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB