Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun alimləri aprelin 27-dən mayın 2-dək Vyanada keçiriləcək Avropa Geologiya İttifaqının Baş Assambleyasının iclasında iştirak edəcəklər. İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktor müavini, akademik İbrahim Quliyevin, şöbə müdiri, akademiyanın müxbir üzvü Hətəm Quliyevin və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya - mineralogiya elmləri doktoru Qurban Yetirmişlinin iştirakı nəzərdə tutulub.
H.Quliyev bildirib ki, tədbirdə Yer elmləri sahəsində, xüsusən də geologiya və geofizika istiqamətlərində əldə olunmuş yeni nəticələrin müzakirəsi keçiriləcək, bir sıra mühüm məsələlərə dair birgə tədqiqatlar aparmaq imkanları araşdırılacaq.
Geologiya İnstitutunun alimləri Yer planetinin təkamülünün fundamental və praktiki problemləri sahəsində ciddi elmi nailiyyətlər əldə ediblər. Bu nəticələrin müzakirəsi Baş Assambleyanın elmi proqramına daxil edilib. Azərbaycan alimləri mayın 2-də "Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası" mövzusunda məruzə ilə çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB