12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-si bütün dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Bu, insanın kosmosa ilk uçuşu ilə bağlıdır.
Keçmiş SSRİ-də bu bayramı 1962-ci ildən qeyd etməyə başlamışdılar, 1968-ci ildə isə ona Beynəlxalq Aviasiya və Kosmonavtika Günü statusu verilib.
Kosmosa ilk dəfə uçan məşhur sovet təyyarəçisi Yuri Qaqarin olub. 1961-ci il aprelin 12-də baş leytenant Qaqarinin "Vostok" kosmik gəmisində uçuşu 108 dəqiqə davam edib.
Bu möhtəşəm hadisə sayəsində Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanı adı verilib, o, bütün dünyada şöhrət və ehtiram qazanıb.
Ənənəyə görə, Aviasiya və Kosmonavtika Günündə tematik müxtəlif sərgilər, konfranslar, mühazirələr təşkil edilir, kinofilmlər nümayiş etdirilir.
Yeri gəlmişkən, oktyabr ayında Yerin süni peykinin yerətrafı orbitə çıxarılmasının ildönümü münasibətilə Ümumdünya Kosmos Həftəsi keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə