Sabah temperatur enəcək PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Axşam bəzi yerlərdə yağış yağacaq, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, aprelin 13-də paytaxtda və yarımadada havanın temperaturunun gecə 6-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir: "Həftə sonu ölkələrində bölgələrində də şimşək çaxacağı, yağış yağacağı etimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə