Eynulla Fətullayev: “Gültəkin Hacıbəylidə şüurun inversiyası prosesinin baş verir” REAKSİYA
Jurnalist Eynulla Fətullayev onu həbs etdirəcəyi ilə hədələyən sabiq deputat Gültəkin Hacıbəylinin bu niyyətinə kəskin münasibətini açıqlayıb. SİA-nın məlumatına görə, Eynulla Fətullayev qeyd edib ki, Gültəkin Hacıbəylidə şüurun inversiyası prosesinin baş verdiyi müşahidə olunur: "Bu adamın boz vücudundakı qara dəlik onun özü üçün faciəvi olan gerçəkliyi anlamağına mane olur".
"Qadın çox əsəbidir. Və onu başa düşmək olar"-deyə bildirən Fətullayev eyni zamanda bildirib ki, deputat nişanı kimi gəncliyi də gözəlliyi ilə bərabər itib gedir: "Özü də deyəsən, birdəfəlik. Onların yerində isə böyük boşluq, dərin qəzəb və hiddət, bir də həyatdan narazılıq hissi qalır. Bu xanım hazırda çətin və ağır "Balzak yaş həddi" dövrünü yaşayır. Qadının hissləri coşanda isə ağlına gələni danışır".
Xatırladaq ki, Gültəkin Hacıbəyli sonuncu nəhkəmə iclasında Eynulla Fətullayevə qarşı təhqirli fikirlər səsləndirərək, onu həbs etdirəcəyi ilə hədələyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB