Dövlət Feldyeger Xidmətinin əməkdaşları təltif ediliblər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Feldyeger rabitəsi orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə:

Bağırov Ramiz Sabir oğlu

Hüseynli Fuad Məhəmməd oğlu

Mahmudov Vaqif Yunis oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə:

Hacıyev Lətif Balaşirin oğlu

Nəbiyev Vahid Cavad oğlu

Nəzirov Vaqif Cəlal oğlu

Nuri Ağa-Əli Tofiq oğlu

Quliyev Yaşar Cəmiyyət oğlu

Ramazanov Nurəddin Alov oğlu

Sultanov Samir Həsənağa oğlu

Teymurov Əkrəm Qələmşah oğlu

Dövlət başçısının digər sərəncamları ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-mayoru Ədalət Məhəmməd oğlu Paşayevə feldyeger xidməti general-leytenantı, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti rəisinin müavini, feldyeger xidməti polkovniki Elmar Qəzənfər oğlu Novruzova isə feldyeger xidməti general-mayoru ali xüsusi rütbələri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə