Əlaçılara “Park Cinema”dan hədiyyə

Əlaçılara “Park Cinema”dan hədiyyə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Park Cinema" kinoteatrlar şəbəkəsi arasında uşaq, yeniyetmə və gənclərin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə əməkdaşlıq başlayıb. SİA-nın xəbərinə görə, aprel 14-dən mayın 2-nə qədər Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri (2828 nəfər) "Park Cinema" kinoteatrlar şəbəkəsinin "Metropark" alış-veriş mərkəzində yerləşən kinoteatrında göstərilən film və animasiyaları təmənnasız izləyə biləcəklər.

Ancaq şagirdlər üçün nəzərdə tutulan film və animasiyaların həftənin 5 günü 2 seans olaraq göstərilməsi nəzərdə tutulub. Birinci seans saat 15:00, ikinci seans isə saat 17:00-da baş tutacaq.

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq, yeniyetmə və gənclər arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə