Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının binasına qədər olan hissəsində (hər iki istiqamət) asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, sürücülərin alternativ yol olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB