Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqlarının (ATGTİ) təşkilati dəstəyi ilə "İçəri Şəhər arxeoloji abidələr parkı"nda "Həyata gülümsə" foto müsabiqəsi çərçivəsində sərgi keçirilib. SİA-nın məlumatına görə, sərginin həyata keçirilməsində əsas məqsəd cəmiyyətimizə pozitiv enerji bəxş etmək, kreativ gənc fotoqrafları üzə çıxarmaqdır.
Foto müsabiqədə iştirak etmək istəyənlər özlərinin çəkdiyi yüksək keyfiyyətli pozitiv şəkillərini müsabiqəyə göndəriblər. Müsabiqəyə göndərilmiş 200-ə qədər fotodan 80-dən çoxu seçilərək sərgiyə buraxılıb.
Qeyd edək ki, foto sərgidə iştirak edəcək şəkillər kreativliyinə və orjinallığına görə seçilib. Layihədə 1-ci yerin qalibi Azər Allahverdiyev, müvafiq olaraq 2 və 3-cü yerlərin qalibləri isə Ehtiram Cəbiyev və Nicat Etibar olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB