Metro tuneldə qaldı

Bu gün səhər saatlarında Bakı Metropolitenində sıxlıq müşahidə olunub. Hadisə yerində olan əməkdaşımızın SİA-ya verdiyi xəbərə görə, 08.40 radələrində "Həzi Aslanov - İçərişəhər" istiqamətində hərəkət edən qatarlar 10 dəqiqəyə yaxın gecikib. Belə ki, "Həzi Aslanov - Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Ulduz - Nəriman Nərimanov" stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.

Bakı Metropolitenindən aldığımız məlumata görə, qatarların hərəkətində fasilənin yaranmasına səbəb "Həzi Aslanov - İçərişəhər" istiqamətində hərəkət edən qatarda texniki nasazlığın yaranması olub. Nəticədə nasaz qatar depoya göndərilib. Hazırda qatarların hərəkəti bərpa olunub.

Qeyd edək ki, hadisə ilə əlaqədar sərnişinlər metro işçilərinin kobud rəftarından şikayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə