Bu gün Yunanistanın Afina şəhərində fəaliyyət göstərən Yunanıstan-Azərbaycan Gənclər Mərkəzi ilə tanışlıq olub. Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Yunanıstandakı səlahiyyatli və fövqəladə səfiri Rəhman Mustafayev, Mərkəzin sədri Yuannis Papaqriqori, Mərkəzin idarə heyətinin nümayəndəsi Günel Nəsirova, Yunanıstan-Azərbaycan Ticarət Palatasının rəhbəri Georgi Papadopolo və b. iştirak ediblər.
TAnışlıq zamanı Nazir müavini İ.Babayev bu ilin yanvar ayından işə başlayan Gənclər Mərkəzinin Avropada açılmasının vacibliyini, ölkələrimizin gəncləri arasında əməkdaşlığıb daha da möhkəmlənməsinə xidmət edəcəyinin vacibliyini vurğulayıb.
Yuannis Papaqriqori Dağlıq Qarabağ probleminə toxunaraq həmişə Azərbaycanı dəstəklədiklərini bildirib. Daha sonra İntiqam Babayev Gənclər və İdman Nazirliyi adından Mərkəzə hədiyyələr təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB