Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyində yeni başlayan "Tarix klubu" pilot layihəsinin açılışı olub. SİA-nın məlumatına görə, açılış mərasimində ilk mövzu "Azərbaycanın xarici siyasəti" olub.
YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan çıxış edərək layihənin işinə uğurlar diləyib və digər layihələr kimi bu layihənində uğurlu olacağını gənclərin diqqətinə çatdırıb. Sonra layihə haqqında layihənin rəhbərləri Leyla Kərimova və Abbas Əliyev məlumat verərək təqdimat ediblər.
Daha sonra gənclər mövzu ətrafında müzakirə aparıblar.
Qeyd edək ki, layihə hər həfətənin 4-cü günü saat 16:00 YAP GB-nın Ofisində keçiriləcək. 1 il davam edəcək bu layihədə əsas məqsəd tarix elminə marağı olan gəncləri bir araya gətirmək və müxtəlif mövzular əsasında onlarla diskussiya aparamaqdır. Layihə çərçivəsində bir sıra mütəxəsislərlə görüşlər təşkil olunacaq. Eyni zamanada ayda 4 dəfə keçiriləcək bu layihə çərçivəsində iştirak edən fəal gənclərə 2 aydan bir sertifikat veriləcək və həmçinin bir sıra tarixi yerlərə ekuskursiyalar təşkil ediləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB