NATO-nun proqram rəhbəri ilə AMEA-da görüş keçirilib FOTO

NATO-nun proqram rəhbəri ilə AMEA-da görüş keçirilib FOTO

NATO Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimlərini "Sülh və Təhlükəsizlik naminə Elm Proqramı"nın layihələrində iştirak etməyə dəvət edir. SİA-nın xəbərinə görə, bununla əlaqədar olaraq Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə NATO-nun sözügedən proqramının rəhbəri Dəniz Yüksəl Beteni qəbul edib.

Qonaq əvvəlcə proqram haqqında geniş məlumat verərək bildirib ki, Alyansın bu proqramında antiterrorizm, kibermüdafiə, enerji təhlükəsizliyi, nüvə siyasəti, iqtisadiyyat və təhlükəsizliyin qiymətləndirilməsi və digər istiqamətlər əhatə olunub: "Hazırda dünyanın bir çox ölkələrinin intellektli gəncləri bu proqramın dəstəklədiyi layihələrdə iştirak edirlər. Misir, Əfqnıstan və başqa ölkələrin gənclərinə layihələrdə iştirak üzrə təcrübə xarakteri daşıyan təlim və seminarlar keçirilməkdədir".

A.Əlizadə bildirib ki, Akademiya NATO-nun bir sıra layihələrində iştirak edir: "Onların sırasında yer elmləri, o cümlədən ətraf mühitin mühafizəsi və başqa istiqamətlərdəki təşəbbüsləri qeyd etmək olar. Enerji təhlükəsizliyi, antiterrorizm və başqa istiqamətlərdə intellektli gənclərin potensialına önəm verən akademik bundan sonra bu istiqamətlərdə də AMEA-nın gənc alimlərinin tədqiqatlarının genişləndirilməsini vacib hesab edib".

Sonda proqramda iştirak etmək üçün AMEA-nın gənc alimlərinə təlim və seminarların keçirilməsi nəzərə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə