Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları müraciətlərin araşdırılması, eyni zamanda Ombudsmanın nümayəndələri tərəfindən qəbul edilmələrini xahiş etmiş şəxslərlə görüşmək məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında olublar.
Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbul edilmiş şəxslərlə aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıqlarının olmadığını bildiriblər.
Həmin şəxslər barələrində çıxarılan məhkəmə hökmlərindən və yaxud hazırda məhkəmə icraatında olan cinayət işlərindən şikayət edib, onlara bununla bağlı Ombudsmanın səlahiyyətləri izah edilib, eyni zamanda müvafiq hüquqi məsləhətlər verilib.
Müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB