Azərbaycanla Rusiya arasında 390 km uzunluqda dövlət sərhədi delimitasiya olunub
"Azərbaycanla Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası işləri tamamlanmadığı üçün ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir". SİA-nın xəbərinə görə, bu sözləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov hakim partiyanın saytına müsahibəsində deyib.
Azərbaycanın Gürcüstan ilə dövlət sərhədinin uzunluğu 480 km təşkil etdiyini deyən komitə sədrinin sözlərinə görə, bundan 288 km dövlət komissiyaları səviyyəsində razılaşdırılıb.
Azərbaycan ilə Rusiya arasında sərhədin delimitasiya məsələsinə gəlincə Q. Məmmədov söyləyib ki, hazırda Azərbaycan ilə Rusiya arasında 390 km uzunluqda dövlət sərhədi delimitasiya olunub: "Yaxın vaxtlarda dövlət sərhədinin nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Azərbaycanla İran arasındakı dövlət sərhədində redemarkasiya (sərhəd nişanlarının yenidən qurulması) və sahilbərkitmə işlərində fəal iştirak edirlər: "Xəzər dənizinin hüquqi statusunun hazırlanmasında və sektorlara bölünməsi işlərində də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəal iştirak edir. Bu günə qədər Xəzər dənizində Azərbaycan, Rusiya və Qazaxıstanın sektorları müəyyən olunub. Digər ölkələr ilə - İran və Tükmənistanla Xarici İşlər Nazirliyinin təşkil etdiyi ikitərəfli görüşlərdə də mütəxəssislərimiz fəal iştirak edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB