İraq prezidenti ölməyib RƏSMİ AÇIQLAMA

İraq prezidenti ölməyib RƏSMİ AÇIQLAMA

İraqın Azərbaycandakı səfirliyi İraq prezidenti Cəlal Təlabaninin 1 il əvvəl öldüyü və ölümünün gizlədildiyi ilə bağlı Azərbaycanın bir sıra mətbuat orqanlarınla yayılan xəbəri təkzib edib.

İraqın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, yayılan xəbər tamamilə əsassızdır, Almaniyada müalicə alan prezident C.Təlabaninin səhhəti stabildir və getdikcə yaxşılığa doğru gedir.

Açıqlamada C.Təlabaninin son zamanlar yayılan şəkillərinin də bu il martın 21-də, Novruz bayramında çəkilən şəkillər olduğunu vurğulanıb. Səfirlik yayılan xəbərlərdə məhz İraqda sünni və şiə məzhəbləri arasında ziddiyyətlər səbəbindən C.Təlabaninin ölümünün gizlədilməsinin vurğulanmasını da kədər hissi ilə qarşılayıb və KİV-i yoxlanılmamış məlumatları dərc etməməyə çağırıb, gələcəkdə belə məlumatlar yayın KİV-lə əməkdaşlıqdan imtina edəcəyini bəyan edib.

Qeyd edək ki, dünən Azərbaycanın bir sıra media orqanları diplomatik mənbəyə istinadən kürd əsilli İraq prezidenti C.Təlabaninin 1 il əvvəl vəfat etdiyi, prezident səlahiyyətlərinin parlamentin sədri sünni Üsamə ən-Nəcəf tərəfindən icra edilməli olduğu halda, ölkədəki şiələrin və kürdlərin bununla razı olmadıqları, İraqda siyasi qarşıdurma yaşanacağından ehtiyat edərək ölüm xəbərinin gizlədildiyi haqda məlumat yayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə