“Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi ilə bağlı yazılanlar yalandır” RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi Salyanda vəhhabilərə qarşı kütləvi etirazların baş verməsi barədə məlumatlara aydınlıq gətirib. SİA-nın məlumatına görə, hadisəni şərh edən DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.
Onun sözlərinə görə, təəssüfləndirici hal ondan ibarətdir ki, bəzi KİV-lər hər hansı bir məsələni lazımi orqanlarla dəqiqləşdirmək əvəzinə məlumatı tez bir zamanda saytlarında yerləşdirməyi daha üstün bilirlər: "Təəssüfləndirici haldır ki, bununla bağlı məlumat əldə edən KİV nümayəndələri ən azından bu xəbəri əlaqədar orqanlarla və ya şəxslərlə dəqiqləşdirməli olduğu halda, tez-tələsik, bir az da şişirdilmiş formada öz saytlarına yerləşdirib. Salyanda guya məscidə hücum olması və oranın dağıdılması barədə deyilənlər kökündən yanlışdır".
Salyandan baş verən hadisəni olduğu kimi danışan E. Zahidov vurğulayıb ki, əslində ötən gün Salyan rayon sakini Fərid Pənahov Daxili İşlər Nazirliyinin "102-zəng" xidmətinə, atası Mahir Pənahov isə rayon polis şöbəsinə müraciət edərək bir qrup şəxsin onlara məxsus mağazanın adı yazılan lövhəsini daşla sındırmalarını bildiriblər.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xırda xuliqanlıq hərəkətləri törədərək mağaza sahibinə maddi ziyan vuran 6-7 nəfərdən ibarət bir qrupun üzvlərinin şəxsiyyətləri müəyyən olunub. Onlar rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB