Yaxın iki gün ərzində Azərbaycanda 25 dərəcə isti olacaq PROQNOZ

Yaxın iki gün ərzində Azərbaycanda 25 dərəcə isti olacaq PROQNOZ

"Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, aprelin 11-də paytaxtda və yarımadada havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında sabah bəzi dağlıq və dağətəyi ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnazlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacaq".

Asif Verdiyev bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-20, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 9-14 dərəcə isti olacaq: "Aprelin 12-13-də havanın temperaturunda yüksəlmə müşahidə olunacaq",

Bütün xəbərlər Facebook səhifəmizdə