ADA Universitetində "Coca-Cola" şirkəti ilə birgə mindən artıq insanın iştirakı ilə İkinci Bahar Gənclik Festivalı keçirilib. ADA Universitetindən SİA-ya verilən məlumata görə, festival zamanı sərgi, konsert, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları, xına bəzəmə mərasimi və bu kimi adət-ənənələr nümayiş etdirilib. ADA tələbələri bəzədikləri Novruz xonçaları ilə "Ən yaxşı bayram xonçası" müsabiqəsində yarışıblar. Tədbir ADA Universitetində təhsil alan 40-dan çox beynəlxalq tələbə üçün Azərbaycanın adət-ənənələrinin və tarixinin tanıdılması baxımından böyük marağa səbəb olub.
Mərasim iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən "Coca-Сola Azərbaycan" şirkətinin marketinq meneceri Qabil Əhmədov təhsillə bağlı layihələrin dəstəklənməsinin "Coca-Cola" şirkəti üçün mühüm sosial prioritetlərdən biri olduğunu bildirib: "Bu gözəl Novruz bayramı şənliyində regionun aparıcı ali təhsil ocaqlarından biri olan ADA Universiteti ilə əməkdaşlıqdan çox məmnunuq".
Festivalda Azərbaycanın regionlarında təhsil alan 45-ə qədər şagird də iştirak edib. ADA Universitetinin Bayraq Meydanında qurulan "Coca-Cola" səhnəsində Azərbaycanın əməkdar artisti Tünzalə ilə yanaşı, ADA Universitetinin tələbələri də əyləncəli bayram proqramı ilə çıxış ediblər.
ADA Universietinin prorektoru Fariz İsmayılzadə bildirib: "Gələcəyin liderləri olaraq hər bir gənc Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olmalı və bu dəyərlərin təbliğində maraqlı olmalıdır. ADA Universiteti olaraq biz tələbələrimizə məhz bunu aşılayırıq və bugünkü festival da bunun bariz nümunələrindəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB