Şeyxülislam Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 10-da Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına yola düşür. QMİ-dən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Şurasının sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevin anadan olmasının 60-cı ildönümünə həsr olunmuş yubiley tədbirlərində iştirak etməkdir.

Səfər çərçivəsində Qaraçay-Çərkəzin paytaxtında QMİ sədri Şeyxülislam A. Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə