Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov son mənzilə yola salınıb. SİA-nın xəbərinə görə, dəfn mərasimi Gəncə şəhərində baş tutub. Mərasimdə şəhər rəhbərliyi, hərbçilər, hərbi orkestr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfndə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Əsgər S. Kərimov YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalları "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sağ olsun!" şüarları və yaylım atəşlərinin sədaları ilə torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub.
Xatırladaq ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn S.Kərimov yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB