NATO nümayəndələri RSXM-də olublar FOTO

NATO nümayəndələri RSXM-də olublar FOTO

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birgə həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı NATO nümayəndələri Bakıda səfərdədirlər. NATO-nun Brüsseldəki Baş qərargahının namayəndələri Eyyub Turmuş, Dəniz Detən, Françesko Mulargiya və İstanbul Boğaziçi Universiteti Kandilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun zəlzələ mühəndisi Gülüm Tanrıcan AMEA nəzdində RSXM-də olublar.

Mərkəzdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar AMEA nəzdində RSXM-in Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər.

Görüşdə AMEA nəzdində RSXM-in NATO ilə birgə həyata keçirdiyi layihələrin icra vəziyyəti müzakirə edilib. Həmçinin tərəflərin birgə həyata keçirdiyi layihələrdən biri - "Cənubi Qafqaz, Şərqi Türkiyə enerji dəhlizinin seysmik təhlükə və riskinin hesablanması" layihəsinin uğurla icra edildiyi qeyd olunub.

Görüşdə tərəflər bundan sonra da birgə layihələrin həyata keçirilməsinin zəruriliyini önə çəkərək, ikitərəfli əməkdaşlığın davam etdirilməsinə maraqlı olduqlarını bildiriblər.

NATO nümayəndələri həmçinin RSXM-in Monitorinq Mərkəzində də olumuşlar. Burda da qonaqlara Mərkəzdə aparılan seysmoloji tədqiqatlar, eləcə həyata keçirilən layihələrə dair ətraflı məlumar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə